“Mançester Yunayted”də yeni müqavilə
12.02.2019 , 09:27

“Mançester Yunayted”də yeni müqavilə qeydə alınıb.
“Qırmızı şeytanlar” kapitan Eşli Yanqla müqavilə müddətini uzadıb. 33 yaşlı müdafiəçi 2020-ci ilin yayına kimi “Mançester Yunayted”də çıxış edəcək.
Qeyd edək ki, ingilis futbolçu 2011-ci ildən Mançester təmsilçisində çıxış edirdi.
