“Mançester Yunayted”də yeni müqavilə
22.01.2019 , 10:26

“Mançester Yunayted” futbolçusu Skott Maktomineylə yeni müqavilə imzalayıb.
22 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.Bundan başqa, anlaşmanı daha bir il uzatmaq imkanı olacaq.
Qeyd edək ki, Maktominey bu mövsüm Premyer Liqada 7 oyun keçirib.
