“Mançester Yunayted”də yeni müqavilə
28.04.2023 , 18:12
“Mançester Yunayted”də yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçu Alexandro Qarnaço ilə yeni sözləşmə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 30 iyun 2028-ci ilə qədər qüvvədə olan yeni müqaviləyə imza atıblar.
Argentinalı futbolçu indiyədək “Mançester Yunayted”in A komandasında 31 oyun keçirib və 4 qol vurub.