“Mançester Yunayted”də yeni müqavilə
04.04.2023 , 17:49

“Mançester Yunayted” futbolçusu Luk Şou ilə müqavilənin müddətini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
28 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
İngiltərəli oyunçu 2014-cü ildən Mançester təmsilçisinin formasını geyinir.
