“Mançester Yunayted”də yeni müqavilə
08.07.2020 , 19:23

“Mançester Yunayted” sabiq futbolçusu Fil Nevillin oğlu Harvi Nevill ilə peşəkar müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, 18 yaşlı futbolçu “qırmızı şeytanlar”la 1 illik yeni müqaviləyə imza atıb.
Harvi bu barədə sosial şəbəkə hesabında bunları qeyd edib: “İlk peşəkar müqaviləmi “Mançester Yunayted”lə imzaladığım üçün qürur duyuram. Ailəmə və məşqçilərimə dəstəklərinə görə təşəkkürümü bildirirəm”.
