“Mançester Yunayted”də yeni era başlayır
04.04.2019 , 15:07

İngiltərənin “Mançester Yunayted” klubu yeni mövsüm üçün bir çox dəyişikliklər etməyə hazırlaşır.
İngiltərə mətbuatına istinadən yayılan xəbərə görə, “qırmızı şeytanlar” mövsümün sonu bir çox futbolçularla yollarını ayıracaq. Bunlar arasında Ander Errera, Aleksis Sançes, Xuan Mata kimi futbolçular var. İddialı bir klub yaratmağa hazırlaşan Ole-Qunner Sulşer indidən transfer işlərinə başlayıb.
Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 6-cı pillədədir.
