“Mançester Yunayted” klubunun futbolçusu Maykl Kərrik 6 həftəlik sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, buna oyunçunun Premyer Liqada bazar günü “Arsenal”la matçda zədələnməsi səbəb olub.
Tibbi müayinədən keçən yarımmüdafiəçinin dekabr ayının sonunda yaşıl meydanlara qayıtması gözlənilir.
Bu səbəbdən Kərrik İngiltərə millisinin Çili və Almaniya ilə oynayacağı hazrlıq oyunları üçün heyətdən də çıxarılıb.
