“Mançester Yunayted”də şok itki: “Fənərbağça” ilə matçı buraxacaq
11.10.2024 , 13:10

“Fənərbağça”nın Avropa Liqasındakı rəqibi “Mançester Yunayted” şok itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun sağ cinah müdafiəçisi Noussair Mazraoui sıradan çıxıb.
Buna səbəb oyunçunun ürək ritminin pozulması olub.
Mərakeşli futbolçunun ən azı 2-3 həftə meydanlardan uzaq qalacağı bildirilib.
26 yaşlı oyunçu müvafiq olaraq “Brentford”, “Fənərbağça”, “Vest Hem” və “Lester”lə matçlarda da meydana çıxa bilməyəcək.
“Fənərbağça” – “Mançester Yunayted” görüşü oktyabrın 24-də keçiriləcək.
