“Mançester Yunayted”in ingilis futbolçusu Ueyn Runi komandasının azarkeşlərini üzüb.
Korner.az-ın məlumatına görə, 28 yaşlı futbolçu İngiltərə Premyer Liqasında sabah qarşılaşacaqları “Çelsi” matçında forma geyinə bilməyəcək. Bu haqqda məlumatı klubun baş məşqçisi ingiltərəli jurnalistlərə açıqlama verərkən bildirib:
“Runi zədəsini sağaltmq üzrədir amma hələlik tam hazır deyil. “Çelsi” qarşılaşmasında iştirak edə bilməyəcəyini dəqiq deyə bilərəm. Amma Runinin yenidən meydanlara nə vaxt dönəcəyi haqqında dəqiq fikir söyləyə bilmərəm”
