“Mançester Yunayted”in hücumçusu Ueyn Runi Avropa Liqasının 1/16 final mərhələsində “Midttyuland”la görüşdə iştirak etməyəcək.
Korner.az-ın məlumatına görə, ingilis futbolçu bu görüş üçün Danimarkaya yollanan heyətdə yer almayıb.
Runinin səfər matçına aparılmamasının səbəbləri hələlik məlum deyil.
