“Mançester Yunayted”də onun dönəmi bitdi
19.05.2023 , 16:28

“Mançester Yunayed” futbolçusu Fil Consla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İngiltərə klubu yeni mövsümdə müdafiəçini komandada görmək istəmir.
“Daily Mail”in xəbərinə görə, “qırmızı-şeytanlar” müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçu ilə yeni sözləşmə imzalamayacaq.
Fil Consun mövsümün sonunda sərbəst buraxılacağı bildirilir.
