“Mançester Yunayted”də mövsümün ən yaxşısı
19.05.2021 , 16:29

“Mançester Yunayted”də 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, Bruno Fernandeş bu mövsümün ən yaxşısı seçilib.
Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou ikinci, Edinson Kavani üçüncü olub.
Bruno ötən mövsüm də ən yaxşı seçilmişdi.
