“Mançester Yunayted”də itki
27.12.2019 , 17:59

“Mançester Yunayted” klubu itki ilə üzləşib.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi Skott Maktomineyin xidmətindən məhrum olub.
Buna səbəb, futbolçunun “Nyukasl” ilə ev oyununda (4:1) aldığı zədədir.
Zədəsi ciddi olan futbolçu fasilədə əvəzlənib. 23 yaşlı ingilis yarımmüdafiəçinin aqibətinə qarşıdakı günlərdə ətraflı həkim müayinəsindən sonra aydınlıq gələcək.
