“Mançester Yunayted”də ciddi itkilər
13.09.2019 , 20:27

İngiltərənin “Mançester Yunayted” komandası ciddi itki ilə üzləşib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Pol Poqba və Antoni Marsial “Lester”lə oyunu buraxacaq.
Baş məşqçi Ule-Qunnar Sulşer hər iki oyunçunun zədə səbəbindən meydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, sentyabrın 14-də keçiriləcək “Mançester Yunayted” – “Lester” oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
