“Mançester Yunayted”də ciddi itki
16.10.2024 , 15:00

“Mançester Yunayted” uruqvaylı yarımmüdafiəçisi Manuel Uqartedən narahatdır.
Korner.az xəbər verir ki, o, Uruqvayın Ekvadorla qarşılaşdığı matçın 82-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.
Uqartenin vəziyyəti İngiltərəyə qayıtdıqdan sonra məlum olacaq.
Tibbi yoxlanışdan keçəcək olan oyunçunun vəziyyətinə həkimlər qərar verəcək.
