“Mançester Yunayted”in futbolçusu Deyli Blind zədələnib.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçu 6 həftəlik sıradan çıxıb. Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Latviya (6:0) ilə oyunda zədələnən Blind komandasına kömək edə bilməyəcək.
Hollandiyalı müdafiəçinin bir neçə ay oynamayacağı deyilsə də həkim heyəti 6 həftə müddətini deyib. (BBC)
