“Mançester Yunayted”də ciddi itki
12.04.2023 , 17:58

“Mançester Yunayted”ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, klubun hücumçusu Markus Reşford zədələnib.
O, “Sevilya”ya qarşı UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununu buraxacaq.
Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Buna səbəb Reşfordun əzələsində zədə aşkarlanmasıdır. Onun qarşıdakı bir neçə oyunu buraxacağı gözlənilir.
