“Mançester Yunayted”də baş məşqçi postuna Karrik gətirildi
13.01.2026 , 13:56
“Mançester Yunayted” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi komandanın sükanını sabiq futbolçusu Maykl Karrikə etibar edib.
Xəbərdə, klub rəhbərliyinin ingiltərəli mütəxəssislə razılıq əldə etdiyi bildirilib. Karrik “qırmızı şeytanlar”ı 2025/26 mövsümünün sonunadək çalışdıracaq.
Hazırda “Mançester Yunayted” Premyer Liqada 32 xalla 7-ci pillədə qərarlaşıb.