“Mançester Yunayted” yayda Robin van Persini satmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, hollandiyalı futbolçunun mankunianlılarla müqavilə müddəti 2016-cı ildə başa çatacaq.
Əgər van Persi həmin vaxta qədər komandada qalsa, bonusların məbləği 10 milyon funt olacaq. Onun səhhətindəki problemlər və optimal formaya düşə bilməməsi, “qırmızı şeytanları” başqa variantlar üzərində baş sındırmağa vadar edib.
“Mançester Yunayted” van Persini “Bavariya”nın hücumçusu Tomas Müller və ya PSJ-nin forvardı Edinson Kavani ilə əzəvləmək istəyir.
