İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” türk əsilli uelsli futbolçu Levent Gündoğanı heyətinə qatıb.
Korner.az-ın məlumatına görə, bu haqda ingilis mediası xəbər yayıb.
“Qırmızı şeytanlar” 14 yaşlı oyunçunu Uelsin “Nomads” klubundan transfer edib.
Qeyd edək ki, Gündoğan Uelsin 16 yaşadək futbolçulardan ibarət yığmasına da seçilib.
