“Mançester Yunayted” İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılacaq.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı İngiltərə mətbuatı yayıb.
Mankunianlar Premyer Liqanın 33-cü turunun “Tottenhem”lə səfər oyununa gec gəldiyinə görə cəzalanacaq. Səbəbi isə tıxac olub.
Belə ki, klubun avtobusu Londonda tıxaca düşdüyündən matça gec gəlib. Belə olduğu halda, oyun yarım saat gec başlayıb. Premyer Liqanın qaydalarına əsasən, oyunun başlaması 15 dəqiqədən artıq gecikərsə, gecikmənin yaranmasına səbəb olan klub cəzalandırılmalıdı.
