“Mançester Yunayted” standart qollarda “Arsenal”a çatdı
01.12.2025 , 13:30
“Mançester Yunayted” İngiltərə Premyer Liqasında standart vəziyyətlərdən vurulan qolların sayına görə “Arsenal”la bərabərləşib.
Korner.az xəbər verir ki, 13-cü turda səfərdə “Kristal Palas”ı 2:1 hesabı ilə məğlub edən “qırmızı şeytanlar”ın hər iki qolu Bruno Fernandeşin yerinə yetirdiyi cərimə zərbəsindən sonra vurulub. Bu nəticə ilə komandanın penaltilər istisna olmaqla standart vəziyyətlərdən vurduğu qolların sayı 10-a çatıb.
Beləliklə, “Mançester Yunayted” cari mövsümdə liqada ən çox standart vəziyyət qoluna malik komanda statusunu “Arsenal”la paylaşır.
Qeyd edək ki, 13 turdan sonra 21 xalı olan Mançester təmsilçisi turnir cədvəlində 7-ci sıradadır və lider “Arsenal”dan 9 xal geri qalır.