“Mançester Yunayted” Reşfordla davam edəcək
17.07.2023 , 23:44

“Mançester Yunayted” Markus Reşfordla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub onunla yeni müqavilə bağlayacaq.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Onun xəbərinə görə, futbolçu ilə yeni sözləşmənin müddəti 2028-ci ilə qədər olacaq.
