“Mançester Yunayted” “Real”ın futbolçusuna “elçi” düşüb
23.03.2019 , 13:38

İngiltərənin “Mançester Yunayted” klubu “Real” Madrid klubunun yarımmüdafiəçisi Toni Krosu bu yay heyətinə qatmaq niyyətindədir.
İngiltərə mətbautına görə, “qırmızı şeytanlar” almaniyalı futbolçu üçün qarşı tərəfə 50 milyon avro ödəməyə razıdır.
Qeyd edək ki, bundan əvvəl “Mançester Siti” klubun Toni Krosu transfer etmək istəməsi ilə bağlı xəbərlər yayılmışdı.
