“Mançester Yunayted” onunla müqavilə imzaladı – 17 yaşı var
25.11.2019 , 19:12
“Mançester Yunayted” əsas heyətinə 17 yaşlı yeni futbolçu cəlb edib.
Korner.az verir ki, bu ilin əvvəlində “Amyen”dən “Mançester Yunayted”in U-17 komandasına transfer edilən Noam Emeranla 3 illik peşəkar müqavilə imzalanıb.
Onun artıq əsas komandanın düşərgəsinə qoşulduğu bildirilib.