“Mançester Yunayted” onunla müqavilə yeniləyir
09.01.2025 , 18:56
“Mançester Yunayted” futbolçusu Amad Diallo ilə müqavilə uzadacaq.
Korner.az xəbər verir ki, yeni sözləşmənin bu gün imzalanacağı gözlənilir.
22 yaşlı oyunçunun müqaviləsi 2030-cu ilin iyun ayına qədər yenilənəcək.
O, İngiltərə Premyer Liqasında “qırmızı şeytanlar”ın heyətində 18 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.