“Mançester Yunayted” onunla müqavilə yeniləyir
03.10.2024 , 23:00

“Mançester Yunayted” mövsümün sonunda müqaviləsi başa çatan Harri Maquayrla bağlı qərar verib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi onunla dacam etmək istəyir.
Klub rəhbərliyi 31 yaşlı futbolçunun sözləşməsini 1 illik uzadmaq fikrindədir.
İngiltərə nəhəngi yaxın günlərdə oyunçu ilə danışıqlars başlayacaq.
Qeyd edək ki, “Mançester Yunayted” Harri Maquayrı 2019-cu ilin avqust ayında “Lester Siti”dən transfer edib.
