“Mançester Yunayted” onunla müqavilə yeniləyir
10.07.2024 , 21:35

“Mançester Yunayted” futbolçusu Conni Evansla bağlı qərarını verib.
Korner.az xəbər verir ki, İngiltərə təmsilçisi onunla müqavilə yeniləmək fikrindədir.
Premyer Liqa klubu 36 yaşlı oyunçu ilə artıq danışıqlara başlayıb.
“Qırmızı-şeytanlar” futbolçunu heyətində saxlamaqda israrlıdır.
