“Mançester Yunayted” onunla davam edəcək
10.03.2025 , 11:58

“Mançester Yunayted” hücumçusu Coşua Zirkze ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi futbolçunu satmayacaq.
Niderlandlı oyunçunun yayda komandadan ayrılacağı gözlənilsə də, bu baş verməyəcək.
23 yaşlı hücumçu bu mövsüm 41 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
