“Mançester Yunayted” onun üçün 50 milyon avrosundan keçməlidir
08.01.2025 , 15:59
“Mançester Yunayted” transfer işlərinə başlayıb.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi “Bornmut”da çıxış edən Miloş Kerkezi heyətinə qatmaq istəyir.
Bu barədə “TeamTalk” məlumat yayıb.
Xəbərdə, “Bornmut”un 21 yaşlı macar sol cinah müdafiəçisi üçün təxminən 50 milyon avro istədiyi qeyd olunub.
Keçidin baş tutması üçün transfer haqqının böyük olması əsas maneələrdən biri olduğu göstərilir.
Gənc futbolçu bu mövsüm 20 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.