“Mançester Yunayted” onu transfer siyahısına saldı
05.12.2024 , 11:11
“Tottenhem”in kapitanı Son Xın Min komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, koreyalı futbolçu “Mançester Yunayted”in “radarı”na düşüb. “Qırmızı şeytanlar” ulduz futbolçunu transfer siyahısına salıb. Sonun yayda “Tottenhem”lə müqaviləsi başa çatacaq. Futbolçunun azad agent olacağı “Mançester Yunayted”in diqqətini çəkib və bu baxımdan bu transferin baş tutması üçün çalışır.
Qeyd edək ki, Son Xın Min 9 ildi “Tottenhem”də oynayır.