“Mançester Yunayted” onu göndərdi
19.06.2023 , 13:57

“Mançester Yunayted”də ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, klub futbolçusu Aksel Tuanzebe ilə yollarını ayırıb.
Bu barədə “qırmızı-şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.
25 yaşlı oyunçu ilə mövsümün sonunda başa çatan müqaviləsi uzadılmayıb.
