"Mançestere Yunayted" "Porto"nun aparıcı futbolçusu Ceyms Rodriqezi transfer etmək istəyir.
Korner.az-ın məlumatına görə, "qırmışı şeytanlar" 22 yaşlı yarımmüdafiəçi üçün portuqaliyalılara 30 milyon funt təklif edəcəklər. 5 illik müqavilə təklif edəcək olan Ser Aleks Ferqisonun komandası futbolçunun azad agent statusu alması üçün də 40 milyon funt ödəyəcək.
Qeyd edək ki, Rodriqez ötən mövsüm Portuqaliya çempionatında 22 oyunda 12 qol vura bilmişdi.
