“Mançester Yunayted”in bu mövsüm heyətinə qatdığı Henrix Mxitaryan komandada ilk oyunlarında zədələnmişdi.
Korner.az-ın məlumatına görə, klub həkimləri futbolçunun sağalma müddətinin daha çox olacağını deyib.
Lakin Henrix gözləniləndən daha tez sağalıb və komandayla xüsusi rejimdə məşqlərə başlayıb. Buna görə, “Mançester Yunayted” rəhbərliyi Ermənistan Futbol Federasiyasına məktub göndərib. Məktubda deyilir ki, Mxitaryanın zədəsinin daha tez sağalması üçün DÇ-2018 seçmə mərhələsi üçün keçiriləcək oyunlarda Henrixdən istifadə edilməsin. “Qırmızı şeytanlar” xahiş edir ki, o, milliyə dəvət olunmasın.
Klubun həkimi doktor Stiv MakNelli şəxsən federasiyaya müraciət edib.
