“Mançester Yunayted” Maykl Karrikə tapşırıldı
14.01.2026 , 09:00
“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçi postuna Maykl Karriki gətirib.
Korner.az xəbər verir ki, bu barədə klubub mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 44 yaşlı mütəxəssis mövsümün sonunadək “qırmızı şeytanlar”a rəhbərlik edəcək.
Ruben Amorimin istefasından sonra komanda müvəqqəti olaraq iki qarşılaşmada Darren Fletçerin nəzarətində çıxış edib.
Xatırladaq ki, Maykl Karrik futbolçu kimi 2006–2018-ci illərdə “Mançester Yunayted”in şərəfini qoruyub.