“Mançester Yunayted” Mateusu ictimaiyyətə təqdim etdi
12.06.2025 , 19:23

“Mançester Yunayted” Mateus Kunyanın keçidini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi 26 yaşlı hücumçu üçün “Vulverhempton”a 62.5 milyon funt sterlinq ödəyib.
Futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.
