“Mançester Yunayted” Matetanı istəyir – Qiymət bəllidir
12.02.2026 , 15:00
“Kristal Palas” hücumçusu Jan-Filipp Matetanın transferinə açıq qapı qoyub.
Korner.az xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı futbolçu üçün tələb olunan məbləği azaltmağa razılaşıb.
Xarici KİV yazır ki, London təmsilçisi fransalı forvardın satışından 35 milyon avro civarında gəlir əldə etməyi hədəfləyir. Mateta ilə ən ciddi maraqlanan klublardan biri isə “Mançester Yunayted”dir.
2022-ci ilin yanvarından “Kristal Pelas”da çıxış edən hücumçunun müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.