“Mançester Yunayted” Koutinyonu rədd etdi
24.03.2019 , 13:40

“Barselona” klubu komandadan göndərməyə hazırlaşdığı braziliyalı futbolçusu Filippe Koutinyo üçün təklif almadığını bildirib.
İspaniya mətbuatına görə, Koutinyo son olaraq “Mançester Yunayted” klubuna təklif olunub, lakin İngiltərə təmsilçisi bu təklifi rədd edib.
Qeyd edək ki, Filippe Koutinyonun “Barselona” ilə 2023-cü ilə qədər müqaviləsi var.
