“Mançester Yunayted” Kazemiroya yeni müqavilə təklif etdi
23.02.2026 , 11:30
“Mançester Yunayted” Kazemiroya yeni müqavilə təklif edib.
Korner.az xəbər verir ki, “qırmızı şeytanlar” 33 yaşlı yarımmüdafiəçinin xidmətində daha bir il faydalanmaq istəyir.
Braziliyalının mövcud sözləşməsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.
Kazemiro komandanı tərk etmək niyyətindədir, lakin tərəflər razılığa gələ bilsə, yeni müqavilənin imzalanacağı gözlənilir.