“Mançester Yunayted” Kasemironun əvəzləyicisini axtarır
09.02.2026 , 23:30
“Mançester Yunayted” yay transfer pəncərəsində “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonalini heyətinə qatmağı planlaşdırır.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı italiyalı futbolçu Kasemironun uzunmüddətli əvəzləyicisi kimi klubun prioritet namizədlərindən biridir.
Tonalinin “Sent-Ceyms Park”dakı gələcəyi hələ qeyri-müəyyəndir. Onun komanda ilə qalması əsasən “Nyukasl”ın Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmasına bağlıdır.
Xəbərdə bildirir ki, yalnız “Mançester Yunayted” deyil, həmçinin “Arsenal”, “Mançester Siti” və “Yuventus” da Tonalinin transferini yaxından izləyir. Yay pəncərəsində italiyalı yarımmüdafiəçi uğrunda ciddi rəqabət gözlənilir.