“Mançester Yunayted” kapitanı ilə bağlı qərar verdi
08.05.2025 , 14:59

“Mançester Yunayted” kapitanı Bruno Fernandeslə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi portuqaliyalı futbolçunu göndərmək fikrində deyil.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, İngiltərə klubunun yayda yarımmüdafiəçi üçün gələn təklifləri dəyərləndirməyəcəyi bildirilib.
Oyunçunun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.
