“Mançester Yunayted” İtaliyadan futbolçu transfer edir
19.03.2025 , 12:30

“Cenoa”nın müdafiəçisi Koni de Vinter İtaliya klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, o, karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Belçikalı futbolçunun xidmətində “Mançester Yunayted”in maraqlı olduğu iddia olunur.
“Qırmızı şeytanlar” yayda oyunçu üçün 30-35 milyon avroluq təklif göndərməyə hazırlaşır.
22 yaşlı futbolçu bu mövsüm 17 matçda çıxış edib və 3 qol vurub.
