İngiltərənin “Mançester Yunayted” klubu növbəti mövsümün hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına görə, “qırmızı şeytanlar” artıq ilk transferini də reallaşdırıb.
Mançester təmsilçisi PSV-nin hücumçusu Memfis Depayı heyətinə qatıb. İngilis klubu bu transfer üçün qarşı tərəfə 30 milyon avro ödəyəcək.
Mövsüm başa çatan kimi, Mançesterə yollanaraq tibbi müayinədən keçəcək 21 yaşlı oyunçu gələn ay yeni klubu ilə münasibətlərini rəsmiləşdirəcək.
Qeyd edək ki,Depay bu mövsüm Hollandiya çempionatında keçirdiyi 28 oyunda 21 qola imza atıb.
