“Mançester Yunayted” Hakanı istəyir
01.04.2025 , 15:46

“İnter”in futbolçusu Hakan Çalhanoğlu İngiltərə klubunun hədəfinə düşüb.
Korner.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə “Mançester Yunayted”in maraqlandığı iddia olunur.
Bu barədə “Fichajes” məlumat yayıb.
Xəbərdə, İngiltərə klubunun yarımmüdafiə xəttini 31 yaşlı oyunçu ilə gücləndirmək istədiyi bildirilib.
Yayda Premyer Liqa təmsilçisinin Hakan üçün hərəkətə keçəcəyi gözlənilir.
Bu mövsüm “İnter”in heyətində 33 matçda forma geyinən Çalhanoğlu 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
Təcrübəli yarımmüdafiəçinin hazırkı bazar dəyəri 35 milyon avro olaraq dəyərləndirilir.
