“Mançester Yunayted” gələn ay bu transferi yekunlaşdıra bilər
22.04.2025 , 16:05

“Mançester Yunayted” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vulverhempton”un hücumçusu Matheus Cunha ilə maraqlanır.
“Qırmızı şeytanlar” braziliyalı forvardın 62,5 milyon funt-sterlinqlik sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Klub gələn ay futbolçunun keçidini rəsmiləşdirmək istəyir.
Matheus Cunha bu mövsüm “Vulverhempton”da 31 oyuna çıxıb, 14 qol vurub və 4 məhsuldar ötürmə edib.
