“Mançester Yunayted” futbolçusunu satdı, 11 milyon qazandı
27.08.2024 , 17:30

Annibal Mejbri “Mançester Yunayted”dən ayrılıb.
Korner.az-ın məlumatına görə, tunisli futbolçu Çempionşipdə karyerasını davam etdirəcək. O, bu liqanın “Börnli” klubuna transfer olunub.
Bu keçidə görə, Mançester təmsilçisi 11 milyon avro gəlir əldə edib.
