“Mançester Yunayted” futbolçusunu icarəyə göndərdi
01.02.2021 , 20:44

“Mançester Yunayted” futbolçusu Fakundo Pellistrini icarəyə göndərib.
Korner.az xəbər verir ki, Fakundo Pellistrini “Alaves”də çıxış edəcək.
Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonunadək La Liqa klubunun uğurları üçün çalışacaq.
