“Mançester Yunayted” fransalı futbolçu transfer edir
21.05.2025 , 11:10

“Mançester Yunayted”in yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İngiltərə klubu “Lion”un futbolçusu Rayan Şerki ilə maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
Premyer Liqa təmsilçisi 21 yaşlı yarımmüdafiəçinin keçidini yayda həll etməyə çalışacaq.
Fransalı oyunçunun müqaviləsində göstərilən sərbəst buraxılma məbləği 22,5 milyon avrodur.
