“Mançester Yunayted” “Fənərbağça”dan futbolçu transfer edir
25.07.2023 , 16:45

“Mançester Yunayted” “Fənərbağça”dan Altay Bayındırı heyətinə qatmaq istəyir, amma ortada bir problem var.
Korner.az-ın xəbərinə görə, belə ki, İngiltərə nəhəngi bir müddət əvvəl “İnter”dən Andre Onananı heyətinə qatıb, lakin onlar indi də gündəmlərində olan Altay Bayındırı transfer etmək istəyirlər.
“Mançester Yunayted” Altay Bayındırı transfer etmək istəsə də, 25 yaşlı əlcək sahibi Premyer Liqaya gəldiyi təqdirdə müntəzəm oynamaq şansı olmayacağına görə bu mövzuda narahatdır.
Hazırda ikinci qapıçı axtarışında olan “qırmızı-şeytanlar” Altay Bayındırı almaqda israrlıdır. Lakin “Mançester Yunayted”lə yanaşı qolkiperi transfer etmək istəyən başqa bir komanda “Ayaks”dır. Hollandiya təmsilçisi Altay Bayındırla yaxından maraqlanır.
Görünən odur ki, milli qapıçı klubla bu mövsüm yollarını ayıracaq və avropaya transfer olacaq.
