“Mançester Yunayted” De Liqtdən imtina etdi
26.05.2019 , 20:23

“Mançester Yunayted” “Ayaks”ın kapitanı Mateys de Liqtin transferindən imtina edib.
Mankunyanlar 19 yaşlı futbolçu üçün “Barselona” ilə rəqabət aparmaq istəmir. Çünki belə olan halda hollandiyalı oyunçunun transfer qiyməti qalxacaq ki, bu da ingilisləri qane etmir.
Qeyd edək ki, “Barselona”nın De Liqt üçün “Ayaks”a 75 milyon avro təzminat ödəyəcəyi bildirilir.
